cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Keçmiş komandasına kömək üçün geri dönür

19.01.2021 12:52 Oxundu 448

Niderlandın “Ayaks” klubunun futbolçusu Klas-Yan Huntelar yenidən Almaniya Bundesliqasında çıxış edəcək.

“CEMPİON.AZ” xəbər verir ki, 37 yaşlı hücumçu əvvəllər də şərəfini qoruduğu “Şalke”yə qayıdır.

Artıq Helzenkirhendə olan veteran forvard tibbi müayinədən sonra müqavilə imzalayacaq. O, Bundesliqanı tərk etmək təhlükəsi ilə üzləşən “Şalke”yə kömək üçün geri dönüb.

Qeyd edək ki, 2010-17-ci illərdə “Şalke”də oynamış Huntelar cari mövsüm 14 oyunda 7 qol vurub.