cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Qarabağ” dünyanın ən yaxşıları arasında

19.01.2021 13:51 Oxundu 427

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən yaxşı futbol klublarının yeni reytinq siyahısı tərtib edib.

“CEMPİON.AZ” qurumun saytına istinadən xəbər verir ki, 2020-ci ilin yekunlarına əsasən tərtib edilən siyahıda ölkəmiz yalnız bir komanda - "Qarabağ"la təmsil olunub.

80 xalı olan Ağdam təmsilçisi 147-ci pillədə qərarlaşıb.  “Qarabağ”la bu pilləni “Sauthempton” (İngiltərə),  “Atletiko Mineyro” (Braziliya),  “Viktoriya” (Çexiya) və “Penyarol”la (Uruqvay) bölüşdürür.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda dünyanın ən yaxşı 401 klubunun yer aldığı siyahıda “Everton”, “Nyukasl” (hər ikisi İngiltərə), “Xetafe”, “Selta”, “Valensiya” (hamısı İspaniya), “Beşiktaş”, “Fənərbaxça”, "Alanyaspor" (hamısı Türkiyə) kimi klubları qabaqlayıb.

Qeyd edək ki, siyahıya 260 xalla "Bavariya" başçılıq edir. "Palmeyros" (Braziliya) 230 xalla 2-ci, PSJ 226 xalla 3-cüdür.
"Qarabağ" 2019-cu ildə bu siyahıda 80-ci pillədə qərarlaşmışdı