cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Real” hücum xəttini gücləndirməyi düşünür

19.01.2021 15:27 Oxundu 416

Luka Yoviçi “Ayntraxt”a icarəyə verən “Real” hücumçu axtarışlarına başlayıb.

“CEMPİON.AZ” xəbər verir ki, İspaniya klubunun artıq ilk namizədləri də məlumdur.

Rəhbərlik konkret olaraq 4 forvard arasında seçim etməyi düşünür. Bunlar Serxio Aquero (“Mançester Siti”), Olivye Jiru (“Çelsi”), Arkadiuş Milik (“Napoli”) və Raul de Tomasdır (“Espanyol”).

Qeyd edək ki, hazırda “Real”da iki mərkəz hücumçusu var. Bunlar Kərim Benzema və Mariano Diasdır.