cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Kramarenko: “Hamısı futbol adamıdır

19.01.2021 16:22 Oxundu 381


“Üç ildir Azərbaycan yığmasında çalışıram, qərar yeni il ərəfəsində verildi”.

“CEMPİON.AZ” xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Moskva MOİK-inə təyinatı barədə danışarkən deyib.

Rusiya klubunun rəsmi saytına açıqlama verən yığmamızın sabiq qolkiperi danışıqlar prosesindən bəhs edib: “MOİK-in təklifi mənim üçün gözlənilməz oldu. Rəhbərliklə söhbət etdik, görüşdə Roman Babaev, Viktor Qonçarenko və Vasili Berezutski iştirak etdi. Danışığımız uzun çəkmədi, hamısı futbol adamıdır. Hər iki işi eyni anda görə biləcəyim qənaətinə gəldik. Sonra AFFA rəhbərliyi ilə əlaqə saxladım, orada da mənimlə görüşdülər. Nəticədə hamımız bunu sınayacağımıza dair ortaq qərara gəldik”.