cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Xorvatiyalı futbolçu rəsmən “Milan”da

19.01.2021 16:51 Oxundu 471

“Milan” Mario Mandzukiçin transferini rəsmiləşdirib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.  34 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalandığı bildirilib.
Xorvatiyalı oyunçu A seriyası təmsilçisində 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Mandzukiçin son klubu  Qətərin “Əl-Duhail”isi olub.