19.01.2021 17:35
495
495

“Zirə” yeni futbolçu ilə müqavilə bağlayıb.
“CEMPİON.AZ” klubun saytına istinadə xəbər verir ki, komanda Nemanya Andelkoviçlə anlaşıb. 23 yaşlı serbiyalı müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Nemanya Andelkoviç daha əvvəl ölkəsində "Radnik", "Metalaç", "Yavor", "Pivara" və "Zlatibor" klublarında çıxış edib.