cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Monako” “Real”ın müdafiəçisinə təklif göndərir

19.01.2021 18:33 Oxundu 423

İspaniya “Real”ının futbolçusu Marselo karyerasını Fransa Liqa1-də davam etdirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, “Monako” braziliyalı müdafiəçini heyətinə qatmaq istəyir.

“Knyazlıq klubu” cənubi amerikalıya 3 illik müqavilə təklif etməyi planlaşdırır. 33 yaşlı müdafiəçi “Monako”ya keçsə, maaşının azalmasına razı olmalıdır. 
Marselo “Real”da ilə 9 milyon avro qazanır. Monakolular isə yalnız 6 milyon ödəməyə hazırdır. Lakin müqavilənin uzunmüddətli olması braziliyalını qazancın azlığı ilə də kifayətlənməyə sövq edir.

Qeyd edək ki, Marselo cari mövsüm “Real”da cəmi 7 oyun keçirib.