cümə axşamı, 28 mart 2024

DÜNYA FUTBOLU

Simeone ilə yeni müqavilə imzalamaq istəyirlər

19.01.2021 20:41 Oxundu 351

“Atletiko” baş məşqçisi Dieqo Simeone ilə yeni müqavilə imzalamaq istəyir.

“CEMPİON.AZ” AS-a istinadən xəbər verir ki, Madrid təmsilçisi  50 yaşlı mütəxəssislə müqavilənin müddətini 2024-cü ilin yayınadək uzatmağı planlaşdırır.

Həmçinin Simeonenin  koronavirus pandemiyasının büdcədə yaratdığı problemlərə görə maaşının azaldılmasına da razı olduğu bildirilib.
Argentinalı çalışdırıcının “Atletiko” ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, “Atletiko” Simeonenin baş məşqçiliyi altında hazırda La Liqanın turnir cədvəlində 41 xalla liderdir.