cümə, 19 aprel 2024

DÜNYA FUTBOLU

Frenk Lempardın taleyi bu oyundan asılıdır

19.01.2021 21:31 Oxundu 355

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Frenk Lempardın taleyi “Lester”lə bugünkü oyundan asılıdır.

“CEMPİON.AZ” xəbər verir ki, XVIII turdakı məğlubiyyət gənc mütəxəssisin istefası ilə nəticələnə bilər.

Nəticələrdən narazı olan klub rəhbərliyi artıq namizədləri də nəzərdən keçirir. Lempardı baş məşqçi postunda Tomas Tuxel, Massimiliano Alleqri, Brendan Rocers və Ralf Hazenhuttlu əvəzləyə bilər. Hazırda Premyer Liqada 7-ci olan londonlular liderdən 8 xal geri qalır.

Qeyd edək ki, “Lester” – “Çelsi” matçı Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.