şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

PSJ-dən təklif

20.01.2021 11:35 Oxundu 357


İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Ektor Belyerin komandasını dəyişə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, Fransa PSJ-si 26 yaşlı oyunçunu transfer etmək niyyətindədir.

Sağ cinahdakı problemi İspaniya millisinin üzvü ilə həll etməyi planlaşdıran parislilər qarşı tərəflə danışıqlara start verib. PSJ keçidin reallaşması üçün ilkin olaraq 28 milyon avro təklif edib. Ancaq ulduz futbolçu İspaniya klubu “Barselona” və İtaliya çempionu “Yuventus”un da gündəmindədir.

Qeyd edək ki, Ektor Belyerinin “Arsenal”la müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.