çərşənbə axşamı, 16 aprel 2024

DÜNYA FUTBOLU

"Neftçi” sonuncu məşqini keçirib

20.01.2021 22:30 Oxundu 360
 
"Neftçi” təlim-məşq toplanışını başa vurub.

“CEMPİON.AZ” klubun saytına istinadən xəbər verir ki, komandanın üzvləri toplanışın sonuncu günündə bir dəfə məşq ediblər. "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesindən əvvəl Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Qeyd edək ki, toplanış çərçivəsində yanvarın 10-u "Kəpəz” (1:0), 14-ü "Keşlə” (4:3) ilə qarşılaşan "Neftçi” Premyer Liqanın 14-cü turunda "Səbail”in qonağı olacaq. "ASCO Arena”da keçiriləcək matç sabah saat 16:00-da başlanacaq.