cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Birinci dövrədə 22 qol vurub

21.01.2021 13:51 Oxundu 440

“Bavariya”nın futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.

“CEMPİON.AZ” Almaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu Bundesliqanın birinci dövrəsində vurduğu qolların sayını 22-yə çatdırıb. Bu isə çempionat üçün rekord hesab edilir.

İndiyədək ən yüksək göstərici Herd Müllerə məxsus idi. O, 1968/69-cu illər mövsümünün birinci dövrəsində 20 qol vurub.