cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Dünyanın ən yaxşı futbol liqaları

21.01.2021 14:27 Oxundu 464


Dünyanın ən yaxşı futbol liqalarının 2020-ci il üzrə reytinq cədvəli açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hazırladığı siyahıda 80 ölkə çempionatı yer alıb.

Azərbaycan Premyer Liqası reytinq cədvəlində 174 xalla 74-cü sırada qərarlaşıb.

2020-ci ilin ən reytinqli liqası isə 1026 xalla İtaliya A seriyası olub. İkinci sırada 1003 xalla İngiltərə Premyer Liqası, üçüncüdə isə 964 xalla Braziliya A seriyası qərarlaşıb.