cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Lautaro Martines “İnter”lə razılaşdı

21.01.2021 15:51 Oxundu 451


Avropa nəhənglərinin hədəfində olan Lautaro Martines İtaliyanın “İnter” klubunda qalmağa razılıq verib.

“CEMPİON.AZ” xəbər verir ki, hücumçu yaxın günlərdə yeni müqavilə imzalayacaq.

Anlaşma 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Argentinalı futbolçu bu müqaviləyə əsasən ildə bonuslarsız 5 milyon avro qazanacaq.

Qeyd edək ki, Lautaro 2018-ci ilin yayında Argentina “Rasinq”indən 25 milyon avroya transfer olunub.