cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

196-cı dəfə qapısını toxunulmaz saxladı

21.01.2021 16:50 Oxundu 430

“Bavariya”nın qapıçısı Manuel Noyer Bundesliqanın rekordunu təkrarlayıb.

“CEMPİON.AZ” Almaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı qolkiper buna ötən gün “Auqsburq”la matçda (1:0) nail olub. Almaniyalı qapıçı çempionatda çıxış etdiyi dövr ərzində 196-cı dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Beləliklə, o, Oliver Kanın rekordunu təkrarlayıb.

Qeyd edək ki, Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. O, həmin vaxtadək “Şalke”nin heyətində Bundesliqa matçlarında iştirak edib.