cümə axşamı, 28 avqust 2025

BİZİM FUTBOL

Qurban Qurbanov: "Mahir Emreliyə görə Polşa klubundan təklif gəlib”

21.01.2021 21:32 Oxundu 583

“Qarabağ”ın hücumçusu Mahir Emreli ölkə xaricində çıxış edə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov “Sabah”la keçirilən bugünkü oyundan sonra mətbuat konfransında bu barədə danışıb.

48 yaşlı mütəxəssis millimizin də üzvü olan 23 yaşlı futbolçunun Polşa klubundan təklif alması xəbərinin doğru olduğunu bildirib: "Mahir Emreliyə görə Polşa klubundan təklif gəlib. Amma burada hər kəsin fikri önəmlidir” – deyə o qeyd edib.