cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Liverpul” məğlub oldu

22.01.2021 11:17 Oxundu 428

"Liverpul" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, "mersisaydlılar" 19-cu turda evdə "Bernli" ilə qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada yeganə qolun müəllifi 83-cü dəqiqədə Eşli Barnis olub. O, penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, bu nəticədən sonra "Liverpul" turnir cədvəlində 34 xalla 4-cü, "Bernli" isə 19 xalla 16-cıdır. Sıralamaya aktivində 40 xal olan "Mançester Yunayted" liderlik edir.