22.01.2021 11:51
440


Fransa Liqa1 təmsilçisi “Monako” heyətinə yeni futbolçu qatıb.
“CEMPİON.AZ” xəbər verir ki, “Knyazlıq klubu” Krepen Diattanı transfer edib.
Yarımmüdafiəçi “Brügge”dən transfer olunub. Seneqal millisinin 21 yaşlı futbolçusu ilə 2025-ci ilin iyununa qədər müqavilə imzalanıb. Onun üçün 16 milyon avro ödənildiyi bildirilir.
Qeyd edək ki, Diatta cari mövsüm 19 oyunda 9 qol vurub.