cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Liverpul”un məğlubiyyətsizlik seriyası qırıldı

22.01.2021 12:17 Oxundu 453

İngiltərə Premyer Liqasının XVIII turunda “Bernli” ilə qarşılaşan “Liverpul” 0:1 hesabı ilə məğlub olub.

“CEMPİON.AZ” xəbər verir ki, bu, “qırmızılar”ın uğurlu seriyasının qırılmasına səbəb olub.

Yurgen Kloppun yetirmələri 68 matçdan sonra ilk dəfə “Enfild Roud”da rəqibinə yenilib. Komanda buna qədər axırıncı dəfə 2017-ci ilin aprelində Premyer Liqanın XXXIV turunda “Kristal Pelas”a evdə uduzmuşdu (1:2).

Uğurlu seriyası qırılan “Liverpul” Premyer Liqa rekorduna yaxınlaşa bilməyib. Bu baxımdan ən yaxşı göstərici “Çelsi”dədir. Londonlular ardıcıl 84 ev matçında yenilməyib.