bazar, 28 dekabr 2025

DÜNYA FUTBOLU

“Real” – “Xetafe” oyununun vaxtı bilindi

22.01.2021 12:49 Oxundu 453

İspaniya La Liqasının “Real” – “Xetafe” oyununun vaxtı yenidən dəyişdirilib.

“CEMPİON.AZ” xəbər verir ki, I turun təxirə salınan matçı fevralın 17-də deyil, 9-da baş tutacaq.

Buna Madrid təmsilçisinin İspaniya kuboku ilə vidalaşması səbəb olub. Paytaxt təmsilçisi 1/16 finalda 3-cü liqa təmsilçisi “Alkoyano”ya uduzub – 1:2.
İlk oyunları fevralın 9-da baş tutacaq yarımfinalda iştirak etməyəcək “Real” “Xetafe” ilə həmin tarixdə meydana çıxacaq.