cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Everton” hücumçunu transferə çıxarır

22.01.2021 13:27 Oxundu 452


İngiltərənin “Everton” klubunun futbolçusu Bernard Liverpul təmsilçisini tərk edə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, 28 yaşlı braziliyalı yarımmüdafiəçi transferə çıxarılıb.

Onun qış transfer pəncərəsində özünə yeni klub tapacağı gözlənilir. Klub rəhbərliyi Bernard üçün 9 milyon funt sterlinq istəyir.

Braziliyalı “Əl-Nəsr”in maraq dairəsindədir. Səudiyyə Ərəbistanı təmsilçisi yarımmüdafiəçini transfer etmək niyyətindədir.

Qeyd edək ki, Bernard cari mövsüm 6 oyunda 1 qol vurub.