çərşənbə, 25 mart 2026

DÜNYA FUTBOLU

Elçin Səmədli Ermənistan millisinin oyunlarına təyinat alıb

22.01.2021 14:42 Oxundu 515

Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli UEFA-dan təyinat alıb.

“CEMPİON.AZ” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Səmədli futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsinin Rusiya – Ermənistan və Serbiya - Bosniya və Herseqovina oyunlarının hakim-inspektoru olacaq.

Rusiya - Ermənistan görüşü yanvarın 29-da, digər matç isə fevralın 3-də gerçəkləşəcək.