çərşənbə axşamı, 16 aprel 2024

BİZİM FUTBOL

Ayxan Abbasov növbəti mövsümdə də "Sumqayıt"ı çalışdıracaq

09.06.2021 15:16 Oxundu 414

"Sumqayıt" baş məşqçisi Ayxan Abbasovla müqaviləni yenilənib.

"CEMPİON.AZ" klubun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı çalışdırıcı növbəti mövsümdə də komandanı çalışdıracaq.
Qeyd edək ki, Ayxan Abbasovun rəhbərliyi altında 80 oyun keçirən “Sumqayıt” 26 qələbə qazanıb, 22 heç-heçə edib və 32 məğlubiyyətlə üzləşib. “Sumqayıt” Abbasovun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), 2 dəfə Azərbaycan kubokunun finalında iştirak edib, 2 dəfə isə avrokuboklara vəsiqə qazanıb.
Xatırladaq ki, son mövsümü 3-cü pillədə başa vuran "Sumqayıt" ölkəmizi Konfrans Liqasında təmsil edəcək.