cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Dino Ndlovu Türkiyədə oynaya bilər

11.06.2021 15:26 Oxundu 418


“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər.

"CEMPİON.AZ" "Milliyət"ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə “Kocaelispor” yaxından maraqlanır.  1-ci liqa təmsilçisinin cənubi afrikalı hücumçu ilə danışıqlara başlayacağı gözlənilir.
Qeyd edək ki, Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən Çinin “Çjetszyan Qrintaun” klubuna transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.