cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

Levandovski dünyanın ən yaxşısı oldu

18.01.2022 09:55 Oxundu 503

FIFA 2021-ci ilin ən yaxşı futbolçusunu adına Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovskini layiq görüb. Polşalı forvard ardıcıl ikinci dəfədir ki, "The Best" mükafatına sahib çıxır.

O, səsvermədə Lionel Messi və Məhəmməd Salahı qabaqlayıb.

Qeyd edək ki, bu mükafatı 2019-cu ildə Leonel Messi,  2018-ci ildə "Real Madrid"in xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç, 2016 və 2017-ci illərdə isə Kriştianu Ronaldu qazanıb.