cümə, 20 may 2022

DÜNYA FUTBOLU

Joze Mourinyo: "Biz yaxşı bir komanda qurmağı bacardıq"

06.05.2022 18:11 Oxundu 193

"Roma"nın baş məşqçisi Joze Mourinyo Konfrans Liqasının 1/2 final mərhələsinin cavab oyununda "Lester" üzərində qazanılan qələbəni (1:0) və komandanın finala yüksəlməsini şərh edib.
"Romada işləyəndə Romada yaşayırsan, onunla nəfəs alırsan, bu klubla nəfəs alırsan. Bu klubla müqaviləni imzaladığım ilk gündən özümü möhtəşəm bir klubda hiss etməyə başladım, amma qələbələri və finalı az olan bir klubda. Biz tədricən irəliləyiş əldə edən və indi Premyer Liqa komandasını məğlub edən yaxşı komanda qurmağı bacardıq", - UEFA-nın mətbuat xidməti Mourinyodan sitat gətirir.