şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

Qus Til: "Biz istədiyimiz nəticəni əldə etdik"

06.05.2022 18:25 Oxundu 428

"Feyenord"un yarımmüdafiəçisi Qus Til Konfrans Liqasının 1/2 final mərhələsinin cavab oyununda "Marsel"lə heç-heçəni (0:0) və komandasının finala yüksəlməsini şərh edib.
"Çox çətin matç oldu. Sona yaxın ciddi ağrılarım başladı. Üstəlik sarı vərəqə aldım, ona görə də diqqətli oynamalıydım. Bu cür oyunlarda cəsarətli olmalısan. Bu gün bu oyunda yaxşı çıxış etmədik, amma biz yenə də istədiyimiz nəticəni əldə edə bildik." , - UEFA mətbuat xidməti Tildən sitat gətirir.