cümə, 26 aprel 2024

BİZİM FUTBOL

Canni De Byazi: Bu dəfə daha yaxşı çıxış edəcəyik

02.06.2022 16:41 Oxundu 742
 
UEFA Millətlər Liqası çərçivəsində sabah keçiriləcək Qazaxıstan – Azərbaycan oyunu öncəsi Azərbaycan milli komandasının mətbuat konfransı təşkil olunub. Baş məşqçi Canni De Byazi və komandanın üzvü Maksim Medvedevin  səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
   Canni De Byazi: “İnanıram ki, budəfəki Millətlər Liqası fərqli olacaq. Artıq özüm üçün heyəti müəyyənləşdirmişəm. Gələcəkdə bu komandaya düşəcək oyunçular var. Hazırda ən hazır futbolçular milliyə dəvət olunub. Yeni turnirə başlayırıq. İnanıram ki, səhvlərimizdən dərs götürüb, bu dəfə daha yaxşı çıxış edəcəyik. Çünki komandamın buna potensialı var.
Güclü qrupda yer almışıq. Slovakiya qrupun aşkar favoritidir. Digər üç komanda hər xal üçün mübarizə aparacaq. Maksimum xallar toplamağa çalışacağıq.
Düşünürəm ki, qazonun süni olması problem olmamalıdır. Azərbaycanda da bu cür meydançalar var. Əsas çatışmazlıq kimi təqvimin sıx olmağını qeyd edə bilərik. Çünki oyunlar üç gündən bir olacaq”.
 
  Maksim Medvedev: “Komandada əhval-ruhiyyə yaxşıdır. Mövsüm başa çatıb, bütün diqqətimizi milli komandaya yönəltmişik. Yeni mövsüm başlayır, rəqiblərimiz analiz etmişik. Zəif və güclü tərəflərini bilirik. Son 2 gündə oyuna hazırlıq prossesi gedir. Bu gün sonuncu məşqimizdır. Sabah ən optimal heyətlə mübarizə aparacağıq. İnanıram ki, komanda yoldaşlarım sabah özlərini ən yaxşı tərəfdən göstərəcəklər, “vuruşacaqlar”. Klublarımızdakı son oyunlardan xeyli vaxt keçib. İstirahət etmək üçün yetərincə vaxtımız olub. Baş məşqçimiz də bunu nəzərə alaraq oyunçuları yüksək tempdə saxlayıb və son iki gündəki məşq sırf oyuna hazırlıq xarakteri daşıyıb”.