şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Erik ten Haq: " Ronaldo getməlidir”

15.11.2022 17:59 Oxundu 436
 
 “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq klub rəsmilərinə Kriştianu Ronaldonun komandada oynamamalı olduğunu deyib. Bu barədə ESPN məlumat verir.
Mənbəyə görə, bazar ertəsi “Mançester Yunayted”  baş məşqçisi Ronaldonun müsahibəsinin nəticələrini müzakirə etmək üçün klubun həmsədri Coel Qleyzer, icraçı director Riçard Arnold və futbol direktoru Con Merto ilə görüşüb. Ten Haq klub rəhbərlərinə bildirib ki, portuqaliyalı mövsümün ikinci yarısında komandaya kömək edə bilər, lakin o, oyunçunu geri qaytarmaq üçün komanda daxilində birliyi qurban verməyə hazır deyil. Hollandiyalı məşqçi, yanvarda klub əvəzləyici tapmasa belə,  hücumçunun qış transfer pəncərəsində getməsinə hazırdır.