çərşənbə axşamı, 20 oktyabr 2026

BİZİM FUTBOL

BFF-də D kateqoriyalı məşqçi kursu keçirilir

20.10.2026 17:03 Oxundu 230

AFFA və Bakı Futbol Federasiyasının birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursunun növbəti təlimlərinə  20 oktyabr tarixində start verilib.
Kursun açılış mərasimində AFFA Futbol Layihələri şöbəsinin rəhbəri Fərid Nağdaliyev D kurslarının mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. BFF prezidenti Tahir Süleymanov çıxış edərək iştirakçılara uğurlar arzulayıb. AFFA təlimçisi İlham Əzizzadə kursa hazırlığın yüksək səviyyədə olduğunu qeyd edərək təşkilatçılara təşəkkür edib və yaradılan şəraitin tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəyini vurğulayıb.

AFFA tərəfindən qəbul edilimiş Futbolun İnkişaf Strategiyasına uyğun olaraq Bayıl stadionundakı Futbol İnkişaf Mərkəzində təşkil edilən üç günlük kursa 25 nəfər cəlb edilib.
Təlim AFFA-nın məşqçi-təlimatçıları İlham Əzizzadə və Mehdi İbrahimov tərəfindən aparılır.
Kursun əsas məqsədi iştirakçıların futbol məşqçiliyi sahəsində nəzəri biliklərini artırmaq, praktiki bacarıqlarını inkişaf etdirmək və onların gələcək məşqçilik fəaliyyətinə hazırlanmasına dəstək olmaqdır.
Kursun sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.