cümə, 29 mart 2024

DÜNYA FUTBOLU

Roxus Şox: "Qazaxıstanın Asiyadan Avropaya keçmək qərarı doğrudur "

27.12.2022 16:55 Oxundu 726
 
Qazaxıstan Peşəkar Futbol Liqasının rəhbəri Roxus Şox bildirib ki, ölkə Asiya Futbol Konfederasiyasından (AFC) Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) keçidindən təəssüflənmir.
- RFİ-dəki keçmiş həmkarlarıma məsləhət verməyim düzgün deyil. Yalnız onu qeyd edə bilərəm ki, bu il Qazaxıstan Avropa ailəsinə - UEFA-ya qoşulmasının 20 illiyini qeyd etdi. Və heç bir mütəxəssis, məşqçi, futbolçu və ya azarkeş bu qərara görə peşman deyil. Qazaxıstan hesab edir ki, Asiyadan Avropaya keçmək qərarı doğrudur. Heç kim məyus olmayıb, - Şox "Match TV"-yə deyib.