cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Kamran Ağayev “Neftçi”yə keçir? – “Səlahəti incidiblər...”

16.05.2019 16:14 Oxundu 567


“Keşlə” milli komandamızın qapıçısı Kamran Ağayevlə yolları ayırıb.
 Bu məlumat rəsmən açıqlanmazdan öncə isə K.Ağayevin yeni mövsümdən karyerasını “Neftçi”də davam etdirəcəyi haqda qeyri-rəsmi xəbərlər yayılıb. Hələlik futbolçunun özü və klub buna münasibət bildirməyib. “Neftçi”nin hazırkı qapıçısı Səlahət Ağayev komandanı tərk etməyə hazırlaşdığı barədə xəbərlər dolaşmaqdadır. O, bir müddət əvvəl mətbuata müsahibəsində paytaxt klubundan ayrıla biləcəyini söyləmişdi. Bu faktın özü də K.Ağayevin “Neftçi”yə keçəcəyi haqda versiyanı qüvvətləndirir. Tanınmış futbol meneceri Erkin İbrahimov da bu məsələyə toxunaraq K.Ağayevin karyerasını “Neftçi”də davam etdirəcəyini bildirib. “Neçə vaxtdır deyirəm, Kamran Ağayev “Neftçi”yə keçəcək. Yoxsa ağlı başında olan klub rəhbəri nədən Səlahət kimi qapıçını bilərəkdən incitsin, gedişi üçün zəmin yaratsın ki? Demək ki, artıq neçə vaxtdır Səlahətin alternativi hazırdır” – deyə o özünün Feysbuk səhifəsində vurğulayıb. (Qol.az)