şənbə, 03 may 2025

BİZİM FUTBOL

Yoxsulluq içində dünyasını dəyişən dahi, yaxud Qarrinçanın bilinməyən tərəfləri - YAZI

03.03.2020 18:00 Oxundu 652


Burjuaziya qəzetlərinin peşəkar futbol üçün yaratdıqıarı reklamlar əslində həqiqətə uyğun gəlmir. Zəngin və təmin edilmiş həyat yalnız tək-tək oyunçulara qismət olur. Yüksək qazanc və şöhrət əldə etmək ümidi ilə yaşayan idmançılardan ibarət böyük bir kütlə, ehtiyac içərisində ömür sürür, öz sağlamlığını itirir, arzularına çatmadan sıradan çıxırlar.

Məşhur braziliyalı futbolçu, ikiqat dünya çempionu Manoel Frantisko do Santos (Qarrinça) da məhz belə idmançılardan olmuşdur. Braziliya futbolunun nəhəng, saysız-hesabsız “ulduz”lar aləmində Qarrinçanın böyük maraq doğuran qeyri-adi həyatı özünəməxsus yer tutur. Onun qəflətən peyda olması Braziliya “torsida”sını bir anda heyrətə gətirdi. 1953-cü il iyulun 9-da ilk dəfə məşhur “Botofoqo” komandasının heyətində çıxış edən Pau-Qranda qəsəbəsində yaşayan və heç kəsə tanış olmayan bu gənc yığma komandanın ən yaxşı müdafiəçisi Nilton Santuşu əməli-başlı “tərksilah” etdi. Beş il sonra isə İsveçdə keçirilmiş dünya çempionatında braziliyalıların sağ cinah hücumçusu SSRİ yığması ilə oyunda sovet müdafiəçilərinin əsl qara kabusuna çevrildi. Nəhayət, 1962-ci il Çilidə keçirilən növbəti dünya çempionatını isə dünya mətbuatı haqlı olaraq “Qarrinça çempionatı” adlandırdı. Futbol icmalçıları onun oyununu təhlil edərkən şadlıqdan yerə-göyə sığmır, məşqçilər isə Qarrinçanın adı gələncə əllərini ümidsiz halda yellədilər və bununla da onu neytrallaşdırmaq məqsədi ilə edilən bütün cəhdlərin hamısının puça çıxacağını işarə edirdilər.

Öz xarici görkəmi ilə (bəstəboy, ayaqları əyri olan Qarrinça qaçanda yanlarını basa-basa yüyürürdü, sanki yırğalanırdı) meydançadakı davranışı ilə futbolçuya əsla oxşamırdı. Qaçmaqla arası yox idi. Meydançada onun ən çox sevdiyi hərəkətlər “ötüb keçmə” əməliyyatları idi. Bunu ustalıqla yerinə yetirən Qarrinça əvvəl sola, sonra isə sağa meyl etməklə, müdafiəçini çaşdırır, özünün sevdiyi “korpus” fəndini işə salaraq qapıya doğru şığıyırdı.

Braziliya futbolçusuna xas olan artistizim virtuozluq onun ustalıqla icra etdiyi saysız-hesabsız fəndlər hesabına daha da zənginləşmişdi. Yaşıl futbol meydançalarında o, özünü havada quş kimi hiss edirdi. Yəqin elə buna görə də onu uşqlıqdan “Qarrinça” ləqəbi ilə çağırmağa başlamışdılar. Belə ki, topla “ünsiyyət” saxlayarkən, o lap Cənubi Amerika meşələrtində yaşayan kiçik quşcuğazı-qarrinçanı xatırladırdı. Lakin, o təkcə janqlyor və aldadıcı hərəkətlər ustası deyildi. Dəqiq ötermələrdə Dididən geri qalmır, qapıya güclü və sərrast zərbələr vurmaqla həm Leonidas, həm də Pele ona həsəd apara bilərdi. Bir sözlə, o, nadir və özünəməxsus futbolçu idi.

Lakin şöhrətin ən yüksək nöqtəsində axıradək dayanmaq ona da nəsib olmadı. Hamının pərəstiş və qibtə etdiyi şəxsiyyətə çevrildiy anda gözlənilmədən faciə baş verdi. Belə ki, Braziliya çempionatının təqvim oyunlarının birində Qarrinça zədələndi. Aldğı zədə qorxulu deyildi. Həkimlər müalicənin problem olmayacaöını müəyyənləşdirdilər. O şərtlə ki, Qarrinçaya 2-3 aylıq dinclik, istirahət verilsin. Lakin işin tərsliyindən Qarrinçanın, şərəfini qoruduğu “Botofoqo” komandası bir neçə həftəədn sonra, böyük bir turnirdə iştirak etmək üçün Avropaya yola düşməliydi. Müqaviləyə görə, əgər Qarrinça komandasının heyətində meydamlaya çıxsaydı klub onun iştirak etdiyi hər bir matç üçün 15 min dollar gəlir əldə edəcəkdi. O, çıxış etməzsə, qonorar iki dəfə azalacaqdı. Qarrinçanı əzizlədilər, dilə tutdular, yalvardılar və razı salıb apardılar...

Avropaya səfərdən qayıtdıqdan sonra “Botofoqo”nun mühasibləri qazancı və klubun yarşlarda nə qədər mənfəət götürdüyünü hesabladıqları vaxt həkimlər əllərini ümidsiz halda yelləyirdilər. Klubun rəhbərləri duyuq düşdülər ki, Qarrinçanın zədələnməsi nə qədər ki, mətbuatın və televiziyanın gündəlik mövzusuna çevrilməyib, ondan yaxa qurtarmaq daha sərfəlidir. Hətta indiki vəziyyətdə də Qarrinçanı hər hansı bir kluba “sırımaq”la samballı məbləğ götürmək olardı. Onu “Korintias” klubuna satmaqla başdan elıdilər.

Məşhur San-Paulo klubunun rəhbərliyi xərclədikləri pulun müqabilində Qarrinçadan, onun artıq göstərə bilmədiyi futbolu tələb edirdilər. Tribunalardan qopan fışqırıq, hay-küy sədalarında sevinc və şadlıq yox, mühakimə, qəzəb və kin əlamətləri duyulurdu. “ya sən oynayacaqsan, ya da ki...”-deyə çinovniklər bar-bar bağırırdılar. Qarinça bu “ya da ki...” sözünü çox gözləməli