şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

"Çelsi" iki futbolçusu ilə müqavilə uzatdı

21.05.2020 09:00 Oxundu 419


İngiltərənin "Çelsi" klubu iki oyunçusu ilə yeni müqavilə bağlayıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçı Villi Kabalyero və hücumçu Olivye Jirudur. Argentinalı təcrübəli əlcək sahibi və fransalı qolçusu ilə müqavilə müddəti 2021-ci ilin yayınadək uzadılıb.

Qeyd edək ki, Kabalyero "Çelsi"yə 2017-ci ilin yayında "Mançester Siti"dən azad agent statusu ilə keçib. Bu mövsüm 38 yaşlı qapıçı Premyer Liqada 4 matça çıxıb və 7 top buraxıb. Jiru isə "zadəganlar"ın heyətinə 2018-ci ilin yanvarında "Arsenal"dan qoşulub. Transfer məbləği 17 milyon avro təşkil edib. 33 yaşlı forvard cari çempionatda 9 oyuna 2 qol vurub.