şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

Sabiq ''Qarabağ''lı Türkiyə klubunda

13.08.2020 18:20 Oxundu 545

Türkiyənin "Fənərbağça" klubu İngiltərə təmsilçisi "Bornmut"un qapıçısı Asmir Beqoviçlə razılıq əldə edib.

Cempion.az Turkiyə mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper İstanbul təmsilçisində əsas heyət üzvü olacaq.

"Fənərbağça" transfer üçün Premyer Liqa ilə vidalaşan "Bornmut"la da ilkin razılığa gəlib.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. O, qış transfer dönəmində eyni statusla İtaliya "Milan"ına keçib.