cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Prezidentliyə namizəd: “Messi Barselona”dan vacib deyil”

22.01.2021 15:42 Oxundu 450

“Barselona”da prezidentliyə namizəd Toni Freyşa kapitan Lionel Messinin komandada qalmaq perspektivindən danışıb.

“CEMPİON.AZ” xəbər verir ki, futbol funksioneri argentinalı superulduzun qalmasını arzuladıqlarını söyləyib.

Lakin 3 namizəddən biri olan Freyşa Leonun gedişini də istisna etməyib: “Real danışmaq lazımdır. Messinin karyerasının sonuna qədər bizimlə qalmasını istərdik. Ancaq əvvəlcə klubu düşünməliyik. Hətta tarixin ən yaxşı futbolçusu da “Barselona”dan vacib deyil”.

Qeyd edək ki, “Barselona”da prezident seçkiləri martın 7-də keçiriləcək.