cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Markos Roxo karyerasını Avropada davam etdirə bilər

22.01.2021 17:23 Oxundu 447

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Markos Roxo karyerasını Avropada davam etdirmək niyyətindədir.

 “CEMPİON.AZ” xəbər verir ki, argentinalı müdafiəçi qış transfer pəncərəsinin sonunadək “Köhnə qitə” klublarından təklif gözləyəcək.

Belə variant olmasa, 30 yaşlı futbolçu vətəninə dönəcək. Roxo artıq “Boka Xuniors”la fevralın 1-də bu kluba keçmək barədə razılığa gəlib.

Qeyd edək Ki, Markosla “Mançester Yunayted”in müqaviləsi mövsümün sonunda başa çatır. Onun transfer qiyməti 6 milyon avrodur.