22.01.2021 18:22
463
463

Mövsümün ikinci hissəsinə hazırlığı davam etdirən “Kəpəz” heyətini üç futbolçu ilə gücləndirib.
“CEMPİON.AZ” I divizion təmsilçisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda müdafiəçilər Hikmət Verdiyev, Nika Baçaliaşvili və yarımmüdafiəçi Samir Qurbanovu sıralarına qatıb.
Bu futbolçularla mövsümün sonuna qədər müqavilə bağlanıb.
Qeyd edək ki, Gəncə klub 11 turdan sonra 16 xalla 10 komanda arasında 6-cı yerdə qərarlaşıb.