cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Kubokda “Barselona”nın rəqibi müəyyənləşib

22.01.2021 22:27 Oxundu 430

İspaniya kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

“CEMPİON.AZ” xəbər verir ki, “Barselona” “Rayo Valyekano” ilə görüşəcək.

“Alkoyano” “Atletik”lə, “Navalkarnero” “Qranada” ilə rəqib olub. 1/4 finala vəsiqə üçün “Jirona” “Vilyarreal”la, “Almeriya” “Osasuna” ilə qarşılaşacaq.
Üç cütdə La Liqa təmsilçilərinin dueli baş tutacaq. “Betis” “Real Sosyedad”la, “Sevilya” “Valensiya” ilə, “Valyadolid” “Levante” ilə üz-üzə gələcək.

Qeyd edək ki, bir oyundan ibarət mərhələnin matçları yanvarın 26-28-də keçiriləcək.