cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Ceymi Vardi bir neçə həftə oynamayacaq

23.01.2021 12:53 Oxundu 445


İngiltərənin “Lester” klubunun lideri Ceymi Vardi daha bir neçə həftə komandadan ayrı qalacaq.

“CEMPİON.AZ” xəbər verir ki, bunu komandanın baş məşqçisi Brendon Rocers deyib.

Çalışdırıcı bildirib ki, hücumçu əməliyyat olunacaq: “Ceymi bir neçə həftə bizdən uzaq qalacaq. Hazırkı təqvim onun kiçik əməliyyat olunmasına imkan verir. Həmin əməliyyatdan sonra uzun müddət bərpa prosesi keçməsinə ehtiyac qalmayacaq. Ancaq qasıq nahiyəsindəki zədə ilə bağlı əməliyyat hələ olmayacaq”.

Qeyd edək ki, cari mövsüm 18 matçda iştirak edən Ceymi Vardi 11 qol vurub.