cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

25 ildə ilk

23.01.2021 14:45 Oxundu 452

Almaniya Bundesliqasının XVIII turunda Dortmund “Borussiya”sını qəbul edən Mönhenqladbax “Borussiya”sı 4:2 hesablı qələbə qazanıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu matç meydan sahibləri üçün əlamətdar olub.

Bununla mönhenqladbaxlılar son 25 ildə ilk dəfə Dortmund komandasının qapısından 4 top keçirməyi bacarıblar. Buna qədər komanda 1996-cı ildə rəqibini 5:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Marko Rouzun komandası bu qələbədən sonra Bundesliqada 31 xalla 4-cü pilləyə yüksəlib. Dortmundlular isə aktivində 29 xalla 5-ci yerdədir.