cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Milan” gözlənilmədən məğlub oldu

24.01.2021 10:59 Oxundu 455


A seriyasının XIX turunda “Atalanta”nı qəbul edən “Milan” gözlənilmədən 0:3 hesabı ilə məğlub olub.

“CEMPİON.AZ” xəbər verir ki, cari mövsüm A seriyasında ikinci yenilgisini alan “rossonyerlər” birinci dövrəni lider kimi başa vurub.

Stefano Piolinin yetirmələri bu mövsüm üçüncü dəfə bir oyunda 3 top buraxıb. Komanda Avropa Liqasında “Lill”ə 0:3, A seriyasında isə “Yuventus”a 1:3 hesabı ilə yenilib. Bundan başqa, “Milan” mövsümdə ilk dəfə birinci hissədə rəqib qapısına doğru zərbə vura bilməyib.

“Atalanta” isə birinci dövrəni 36 xalla tamamlayaraq, bu baxımdan klub tarixinin rekordunu yeniləyib.