cümə axşamı, 28 avqust 2025

BİZİM FUTBOL

Ölkə kuboku başlayır

24.01.2021 12:45 Oxundu 495

Azərbaycan kubokunda 2020/21 mövsümünə start verilir.

“CEMPİON.AZ” xəbər verir ki, turnirin açılış oyunu Bakıda keçiriləcək.

“Səbail” “ASCO Arena”da birinci divizion komandası “Zaqatala”nı sınağa çəkəcək. Premyer Liqada autsayderlər mövqeyində qərarlaşan qəsəbə klubu aşağı dəstə təmsilçisi önündə favoritdir.

Cütün qalibi növbəti mərhələdə “Sumqayıt”a rəqib olacaq.

Qeyd edək ki, 1/8 finalın digər 3 oyunu (14:00. “Turan Tovuz” – “Qəbələ”, 16:00. “Qaradağ Lökbatan” – “Zirə”, 17:00. “Sabah” – “Kəpəz”) yanvarın 25-də keçiriləcək.

Azərbaycan kuboku
1/8 final
24 yanvar (bazar)
15:00. “Səbail” – “Zaqatala”
Hakimlər:
 Namiq Bəkirov, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“ASCO Arena”