cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Barselona”nın futbolçusu: "Mənə özümə inamı qaytarmaq vacibdir”

24.01.2021 16:33 Oxundu 429

"Barselona"nın müdafiəçisi Serdjino Dest hazırda komandasında özünü yaxşı hiss etmədiyini deyib.

“CEMPİON.AZ” İspaniya mətbuatına istinadən xəbər verir ki, o bildirib:

"Mənə özümə inamı qaytarmaq vacibdir. Bu halda əvvəlkitək oynaya, öz potensialımı qaytara biləcəyəm. İndi isə özümü komfort hiss etmirəm".

Xatırladaq ki, 20 yaşlı Dest "Barselona"ya 2020-ci ilin yayında "Ayaks"dan keçib (21 milyon avroya). Amerikalı futbolçu bu mövsüm 21 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.
.