cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Lukas Vaskes narazıdır

24.01.2021 17:48 Oxundu 620


"Real"ın yarımmüdafiəçisi Lukas Vaskesin klubda qalacağı sual altındadır.

“CEMPİON.AZ” İspaniya mətbuatına istinadən xəbər verir ki, futbolçu bu yay başa çatacaq müqaviləsinin müddətini uzatmaq istəmir. "Real" Vaskesə hazırkı maaşla 3 illik müqavilə təklif edir. O isə bununla razılaşmır. Ümumiyyətlə, Vaskes hesab edir ki, "Real"da onu lazımınca qiymətləndirmirlər. Onun belə bir fikrə düşməsinə səbəb isə ötən yay madridlilərin futbolçunu satmaq istəməsi səbəb olub.

Başqa bir xəbərə görə, Vaskes yalnız maaşının artırılacağı halda müqavilənin müddətini uzadacaq.