cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Fransız hücumçu La Liqada oynaya bilər

24.01.2021 18:41 Oxundu 455


İspaniyanın “Valensiya” klubu hücum xəttini gücləndirməyə qərar verib.

“CEMPİON.AZ” xəbər verir ki, La Liqa təmsilçisi Nikola de Previli transfer etmək niyyətindədir.

Fransa “Bordo”sunda çıxış edən hücumçu mövsümlərarası fasilədə “yarasalar”a qoşula bilər. Lakin 30 yaşlı fransalı forvard digər İspaniya klublarının da maraq dairəsindədir. “Betis”lə “Valyadolid” də onu heyətinə qatmağa cəhd edəcək.

Qeyd edək ki, yayda müqaviləsi başa çatacaq hücumçu azad agent statusu alacaq.