cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

“Yuventus” iki futbolçu ilə güclənə bilər                

25.01.2021 12:16 Oxundu 446

İtaliya “Yuventus”u qış transfer pəncərəsində Almaniyanın “Bavariya” klubunun iki futbolçusunu heyətinə qatmaq istəyir.

“CEMPİON.AZ” xəbər verir ki, Turin təmsilçisi yarımmüdafiəçi Korenten Tolisso və hücumçu Coşua Zirkzeni transfer etmək niyyətindədir.

A seriyası təmsilçisi hər iki oyunçunu qısa müddətdə keçidini birdəfəlik həll etmək istəyindədir. 26 yaşlı Tolisso 2017-ci ildə “Lion”dan “Bavariya”ya keçib. 
O, cari mövsümdə 17 oyunda 1 qol vurub. Fransalıdan 7 yaş kiçik olan niderlandlı cari mövsümün 9 matçında 2 dəfə fərqlənib.