cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

Roma klubu baş məşqçi ilə yeni müqavilə imzalayacaq

25.01.2021 12:50 Oxundu 444

İtaliyanın “Latsio” klubunun baş məşqçisi Simeno İnzaginin taleyinə aydınlıq gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, 44 yaşlı mütəxəssis Roma təmsilçisi ilə yeni müqavilə imzalayacaq.

Bunu çalışdırıcı özü yerli mətbuata açıqlamasında bildirib: “Bu yaxınlarda klub prezidentini gördüm. O, bildirdi ki, yeni müqavilə hazırdır. Mən də sözləşməyə qol çəkməyi gözləyirəm”.

Qeyd edək ki, 2016-cı ildən “Latsio”nu çalışdıran Simone İnzagi paytaxt klubuna bir dəfə İtaliya kubokunu, iki dəfə isə Superkubokunu qazandırıb.