cümə axşamı, 28 avqust 2025

DÜNYA FUTBOLU

La Liqanın ən yaşlı 4-cü qolçusu

25.01.2021 13:24 Oxundu 458

İspaniya La Liqasının XX turunda “Real Sosyedad”ın qonağı olan “Betis” Xoakinin vurduğu son dəqiqə qolu sayəsində 1 xal qazanıb (2:2).

“CEMPİON.AZ” xəbər verir ki, bu top ispaniyalı veteran oyunçu üçün əlamətdar olub.

Xoakin 39 yaş 186 günlüyündə fərqlənməklə əfsanəvi Ferens Puşkaşı geridə qoyaraq La Liqanın ən yaşlı 4-cü qolçusu ünvanına yiyələnib. Bu mənada rekordçu “Atletiko” və “Deportivo”da oynamış Donadodur. O, 40 yaş 138 günlüyündə qol sevinci yaşayıb. 2-3-cü yerlərdə müvafiq olaraq Sezar (39 yaş 279 gün) və Alfredo Di Stefano (39 yaş 231 gün) qərarlaşıb.

Qeyd edək ki, “Betis”in yetirməsi olan Xoakin doğma komandasına 2015-ci ildə qayıdıb və həmin vaxtdan bu klubda çıxış edir.