25.01.2021 13:40
476


“Atletiko”nun prezidenti Enrike Sereso komandanın futbolçusu Luis Suares haqqında danışıb.
“CEMPİON.AZ” “Mundo Deportivo”ya istinadən xəbər verir ki, o, 33 yaşlı uruqvaylını Avropanın ən yaxşı mərkəz hücumçusu hesab etdiyini deyib:
“Suaresi həmişə Avropanın ən yaxşı mərkəz hücumçusu hesab etmişik. Onu yanımızda gördüyümüz üçün çox xoşbəxtik. Klubdakı hər kəs Suaresin burada olmasından məmnundur”.
Qeyd edək ki, Suares 2020-ci ilin sentyabr ayında “Barselona”dan “Atletiko”ya keçib. O, bu müddət ərzində 12 qola imza atıb.